NATO şərqdə əsgərlərinin sayını ikiqat artırır

26-06-2022, 13:54

NATO şərqdə əsgərlərinin sayını ikiqat artırır


NATO şərqdə əsgərlərinin sayını ikiqat artırır
NATO Madrid sammitində Soyuq müharibənin bitməsindən bəri ən böyük hərbi yerləşdirmələr barədə qərar verməyə hazırdır.
Bu barədə İspaniyanın “El Pais” qəzeti yazıb.
Qəzetin yazdığına görə, Alyans ölkələri Şərqi Avropada minlərlə əsgəri və çoxlu silahı olan qala yaratmaq üçün gərgin silahlanma yarışına başlaya bilər.
“NATO öz döyüş hazırlığını göstərmək və istənilən dövlətə qarşı təcavüzə cavab vermək istəyir. Bəzi ölkələr alyansın şərqində döyüş qruplarından ibarət hazırkı formadan briqadalara keçmək istəyirlər. Bu, əsgərlərin sayını ən azı iki dəfə artıracaq və 1600-ə çatdıracaq. Bəzi müttəfiqlər hətta diviziyalar yerləşdirməyə hazırdırlar ki, bu da 15 minə qədər hərbçinin olmasını nəzərdə tutur”, - nəşr bildirib.




Facebook'da Paylaş