Rus oliqarxın açıqlaması NATO-nu ayağa qaldırdı

20-06-2022, 15:41

Rus oliqarxın açıqlaması NATO-nu ayağa qaldırdı

Rus oliqarxın açıqlaması NATO-nu ayağa qaldırdı
Rusiya-Ukrayna müharibəsi artıq 4-cü aydır davam edir. Prezident Vladimir Putinin göstərişi ilə fevralın 24-də başlayan xüsusi əməliyyatlar ölkənin şərq bölgələrində daha da şiddətlənərkən, “Rusiyanın növbəti hədəfi” ilə bağlı alovlu bir iddia ortaya çıxıb. Mühacirətdə olan rusiyalı oliqarx Mixail Xodorkovski Putinin Ukraynaya müdaxiləsinin uğur qazanacağı təqdirdə növbəti hədəfinin nə olacağını açıqlayıb.
Donbasa nəzarəti təmin etmək üçün bütün gücü ilə Ukraynanın şərqinə hədəflənən Putinin növbəti hücumunun hara olacağı hər kəsə maraqlıdır. Bir vaxtlar Rusiyanın ən varlı adamı olan Xodorkovski xəbərdarlıq edib ki, Putin ölkədəki daxili problemlərə həll yolu tapmaq üçün NATO ilə müharibəyə başlaya bilər.

Xodorkovski vurğulayıb ki, Putin Donbas bölgəsini ələ keçirmək məqsədinə çatarsa, Qərblə münaqişənin gərginləşməsi təhlükəsi ciddidir. NATO-dan isə Xodorkovskinin iddialarına cavab gecikməyib. Dünən Almaniya mətbuatına açıqlama verən Stoltenberq deyib:
“Biz müharibənin illərlə davam edə biləcəyinə hazırlaşmalıyıq. Biz Ukraynaya dəstəyi dayandırmayacağıq. Ukraynanı təkcə hərbi dəstək üçün deyil, enerji və ərzaq qiymətlərinin artmasına görə dəstəkləməliyik”.
Ukrayna ordusuna ən müasir silahların verilməsinin Donbas bölgəsinin Rusiyanın nəzarətindən azad edilməsinə kömək edə biləcəyini vurğulayan baş katib son açıqlamasında bildirib ki, NATO Sammitində Ukraynaya yardım paketi ilə bağlı razılaşma gözlənilir. Bununla bağlı ayın sonunda İspaniyanın paytaxtı Madriddə iclas keçiriləcək.




Facebook'da Paylaş