Arxangelskdə Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunan futzal turniri başa çatıb

12-06-2023, 11:37

Arxangelskdə Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunan futzal turniri başa çatıb

Rusiya Federasiyasının Arxangelsk vilayətində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunan mini-futbol turniri keçirilib. 2022-ci ildən start götürən turnir bu ilin iyunun 10-da başa çatıb. Turnirdə “Arxangelsk vilayətində Azərbaycan diasporu” regional ictimai təşkilatının İdarə Heyətinin sədri Tərlan Qasımovun sponsorluq etdiyi “Azərbaycan” komandası ikinci yerə çıxıb. Ümumi olaraq “Azərbaycan” komandası turnir müddətində 15 oyun keçirib.
“Arxangelsk vilayətində Azərbaycan diasporu” regional ictimai təşkilatının İdarə Heyətinin sədri Tərlan Qasımov saytımıza bildirib ki, artıq “Azərbaycan” komandası I liqaya vəsiqə alıb: “Bu il “Azərbaycan” komandası üçün əla debüt oldu. Biz qeyri-müəyyən, zəif başladıq, lakin sonra bunun əvəzini çıxdıq və hətta turnir cədvəlində birinci pilləyə yüksəldik. Ardıcıl 12 qələbə seriyası, hətta 17 matçda vurulan 163 qolla belə, gözəl və inamlı alındı. Onu da deyim ki, hər matçda tribunalar “Azərbaycan” azarkeşləri ilə daha çox dolurdu. Komanda gözəl nəticəsi olan oyun nümayiş etdirdiyində, oyunu izləməyə sadiq azarkeşlərdən başqa böyük kütlə də qoşulur”.
“Azərbaycan” komandasının ən yaxşı müdafiəçisi Pərviz Cəfərlinin oyunla bağlı təəssüratları belə olub: “Ləyaqətlə keçdiyimiz uzun və inadkar bir yol idi. Təəssüf ki, kuboku yüksəltmək üçün əlimizə çatmadı, amma bizə dəstək olan və inanan bütün azarkeşlərə təşəkkür edirəm. Demək olar ki, əlimizdən gələni etdik. I Liqaya keçdik, bu il çox səs-küy saldıq və mütləq yadda qaldıq”.
II liqanın ən yaxşı bombardiri Rafiq Köçəliyev olub. O, “Azərbaycan” komandasına 78 qol gətirib. Rafik İİ Liqa Kubokunda bu ilin bombardiri olmaqla yanaşı, bütün liqalar arasında vurulan qollara görə də rekorda imza atıb.




Facebook'da Paylaş