Tanınmış karateçi Milli Qəhrəman Polad Həşimovun adını daşıyan məktəbin qonağı olub

7-05-2023, 20:30

Tanınmış karateçi Milli Qəhrəman Polad Həşimovun adını daşıyan məktəbin qonağı olub

Karate üzrə 6 qat dünya, 12 qat Avropa çempionu, “Bakı 2015” I Avropa Oyunlarının və İslam Həmrəyliyi Oyunlarının qalibi, Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı, dünya karatesinin Qara Brilliantı Rəfael Ağayev Sumqayıt şəhərində yerləşən Milli Qəhrəman Polad Həşimovun adını daşıyan 28 nömrəli tam orta məktəbin qonağı olub. Rəfael Ağayev şagirdlərlə səmimi söhbət edib və onların suallarına cavab verib. Məktəbin direktoru Oktay Abdullayev bu görüşə görə Azərbaycanın fəxri Rəfael Ağayevə təşəkkür edib.
Yeri gəlmişkən, 16.05.23 tarixindən Rəfael Ağayevin rəhbərliyi altında karate məşqlərinə start veriləcək. Məsqlər 2-4-6-cı günlər saat 18:00- 22:00 da Şəfa stadionunun 1-ci mərtəbəsində keçiriləcək.







Facebook'da Paylaş