Premyer Liqa: "Qarabağ" "Turan Tovuz"u qəbul edəcək

20-10-2022, 10:00

Premyer Liqa: "Qarabağ" "Turan Tovuz"u qəbul edəcək

Futbol üzrə Azərbaycan Premyer Liqasında bu gün XI tura start veriləcək.

Ordum.az-ın məlumatına görə, günün yeganə matçında ölkə çempionu "Qarabağ" "Turan Tovuz"u qəbul edəcək.

"Azersun Arena"dakı qarşılaşma saat 19:00-da başlayacaq. "Köhlən atlar" 27 xalla liderdir. Tovuz təmsilçisi 12 xalla 6-cı pillədə qərarlaşıb. Komandalar arasındakı III turdan təxirə salınmış görüş noyabrın 9-da olacaq.

Tərəflər indiyədək ölkə çempionatlarında üz-üzə gəlməyiblər.

Azərbaycan Premyer Liqası

XI tur

20 oktyabr (cümə axşamı)

19:00. “Qarabağ” – “Turan Tovuz”
Hakimlər: Vüqar Həsənli, Akif Əmirəli, Müslüm Əliyev, Kamranbəy Rəhimov
VAR: Tural Qurbanov
AVAR: Cavanşir Yusifov
Hakim-inspektor: Gülağa Cabarov
“Azersun Arena”

Qeyd edək ki, XI turun "Qəbələ" - "Kəpəz", "Sumqayıt" - "Zirə" oyunları oktyabrın 22-də, "Səbail" - "Şamaxı" və "Neftçi" - "Sabah" qarşılaşmaları isə oktyabrın 23-də olacaq.




Facebook'da Paylaş