Bu gün Azərbaycan Premyer Liqasında daha bir oyun keçiriləcək
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VII turun daha bir oyunu keçiriləcək.
Ordum.az-ın məlumatına görə, "Qəbələ" klubu "Sumqayıt"ı qəbul edəcək. Qəbələ şəhər stadionunda oynanılacaq görüş saat 19:00-da başlayacaq.
Hazırda "qırmızı-qaralar" 9 xalla 6-cı, "gənclik şəhəri" təmsilçisi isə 3 xalla 8-ci pillədə qərarlaşıb.
İki komanda indiyədək ölkə çempionatında 39 dəfə qarşılaşıb. Bunların 22-də meydan sahibləri, 5-də qonaqlar qələbə qazanıblar. 12 görüş heç-heçə ilə yekunlaşıb. Topların nisbəti də əyalət təmsilçisinin xeyrinədir - 63:29.
“Sumqayıt” son 4 oyunda qalib gəlməyib. “Qəbələ” son 5 ev matçından xalsız və qolsuz ayrılmayıb.
17 sentyabr (şənbə)
19:00. “Qəbələ” – “Sumqayıt”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Rahil Ramazanov, Səbuhi Bayramov
Hakim-inspektor: Ömər Paşayev
Qəbələ şəhər stadionu.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Sabah" evdə "Turan Tovuz"u 3:1, "Neftçi" isə səfərdə "Səbail"i 2:0 hesabı ilə məğlub edib. Tura sentyabrın 18-də keçiriləcək "Kəpəz" - "Şamaxı" və "Zirə" - "Qarabağ" matçları ilə yekun vurulacaq.
Facebook'da Paylaş