"Napoli" PSJ və "Bavariya"nın rekordunu təkrarlayıb

13-10-2022, 13:12

"Napoli" PSJ və "Bavariya"nın rekordunu təkrarlayıb

İtaliyanın "Napoli" klubu UEFA Çempionlar Liqasında Almaniya "Bavariya"sı və Fransa PSJ-sinin rekordunu təkrarlayıb.

Ordum.az-ın məlumatına görə, Luçano Spalettinin baş məşqçi olduğu komanda buna Niderlandda "Ayaks"ını 4:2 hesabı ilə məğlub etdikləri qrup mərhələsinin IV tur oyununda nail olub.

Neapol təmsilçisi 4 matçda vurduğu qolların sayını 17-ə çatdırıb.

PSJ 2017/2018 mövsümündə, "Bavariya" isə 2021/2022 mövsümündə 4 görüşə eyni sayda qola imza atıb.




Facebook'da Paylaş