Çempionlar Liqası: "İnter" "Bavariya"nı, "Barselona" "Viktoriya"nı qəbul edəcək
Bu gün UEFA Çempionlar Liqasında I tura yekun vurulacaq.
Ordum.az-ın məlumatına görə, 2-ci oyun günündə də 8 qarşılaşma keçiriləcək.
A qrupunda "Ayaks" Niderlandda Şotlandiya "Reyncers"ini, "Napoli" İtaliyada İngiltərə "Liverpul"unu qəbul edəcək.
B qrupunda Portuqaliya "Portu"su İspaniyada Madrid "Atletiko"sunun, Almaniya "Bayer"i Belçikada "Brügge"nin qonağı olacaq.
C qrupunda pley-off mərhələsində "Qarabağ"ı mübarizədən kənarlaşdıran Çexiyanın "Viktoriya" (Plzen) klubu İspaniyada "Barselona" ilə qarşılaşacaq. Bu qrupun digər matçında isə İtaliya "İnter"i evdə Almaniya "Bavariya"sını sınağa çəkəcək.
Nəhayət, D qrupunda Avropa Liqasının son qalibi olan "Ayntraxt" (Frankfurt) Almaniyada Portuqaliya "Sportinq"i, "Tottenhem" isə İngiltərədə Fransa "Marsel"i ilə üz-üzə gələcək.
Çempionlar Liqası
Qrup mərhələsi, I tur
7 sentyabr
A qrupu
20:45. "Ayaks" (Niderland) - "Reyncers" (Şotlandiya)
23:00. "Napoli" (İtaliya) - "Liverpul" (İngiltərə)
B qrupu
23:00. "Atletiko" (Madrid, İspaniya) - "Portu" (Portuqaliya)
23:00. "Brügge" (Belçika) - "Bayer" (Almaniya)
C qrupu
23:00. "Barselona" (İspaniya) - "Viktoriya" (Plzen, Çexiya)
23:00. "İnter" (İtaliya) - "Bavariya" (Almaniya)
D qrupu
20:45. "Ayntraxt" (Frankurt, Almaniya) - "Sportinq" (Portuqaliya)
23:00. "Tottenhem" (İngiltərə) - "Marsel" (Fransa)
Qeyd edək ki, qrup mərhələsinin I turunun ilk 8 oyunu ötən gün keçirilib.
Facebook'da Paylaş