"Qarabağ" "Trabzonspor"un hücumçusu ilə maraqlanır

5-09-2022, 10:00

"Qarabağ" "Trabzonspor"un hücumçusu ilə maraqlanır

"Qarabağ" Türkiyənin "Trabzonspor" klubunda çıxış edən Benqali-Fode Koyta ilə maraqlanır.

Ordum.az xəbər verir ki, bu iddianı "61saat" nəşri irəli sürüb.

"Hatayspor" və "Giresunspor"un da 32 yaşlı hücumçunu heyətinə qatmaq istədiyi bildirilib. Lakin qvineyalı oyunçu hər iki təklifi rədd edib.

Forvardın agenti Trabzona gedib və transfer məsələləri ilə məşğul olmağa başlayıb.

Qeyd edək ki, Benqali-Fode Koyta 2021-ci ildən "Trabzonspor"da çıxış edir. Qara dəniz təmsilçisi müqaviləsi 2024-cü ildə başa çatan afrikalı oyunçu ilə yollarını ayırmaq istəyir.

Xatırladaq ki, daha əvvəl "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov 3-4 futbolçu ilə danışıqlar apardıqlarını, lakin keçidin alınmadığını söyləyib.




Facebook'da Paylaş