"Lex"in kapitanı: "Qarabağ" bizi təəccübləndirmədi

6-07-2022, 09:18

"Lex"in kapitanı: "Qarabağ" bizi təəccübləndirmədi

Lexin kapitanı: Qarabağ bizi təəccübləndirmədi
"Rəqib bizi təəccübləndirmədi".

Ordum.az-ın məlumatına görə, bunu Polşa "Lex"inin kapitanı Mikael İshak evdə "Qarabağ"a 1:0 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunu barədə klubun rəsmi saytına açıqlamasında deyib.

Görüşdə yeganə qolun müəllifi olan 29 yaşlı hücumçu "köhlən atlar"ın yaxşı komanda olduğunu söyləyib: "Onların avrokuboklarda böyük təcrübələri var. Rəqibə topla oynamağa imkan verdik. Amma biz bu nəticəyə sevinirik".

İsveçli forvard matç üçün yaxşı planlarının olduğunu sözlərinə əlavə edib: "Qələbənin mükəmməl yolunu tapdığımızı hiss etdik. Sonadək mübarizə apardıq. Bu da nəticəyə gətirib çıxardı".

Qeyd edək ki, komandalar arasında cavab matçı iyulun 12-də Bakıda olacaq.




Facebook'da Paylaş