"Bazel"in baş məşqçisi: "Qarabağ" keyfiyyətli komanda olduğunu göstərdi"

10-12-2021, 09:03

"Bazel"in baş məşqçisi: "Qarabağ" keyfiyyətli komanda olduğunu göstərdi"

"Qələbə qazandığımız üçün şadam. Çünki yaxşı komanda ilə oyunda 3 cavabsız qol vurduq".

Ordum.az-ın məlumatına görə, bunu İsveçrə "Bazel"inin baş məşqçisi Patrik Rahmen evdə "Qarabağ"a 3:0 hesabı ilə qalib gəldikləri UEFA Konfrans Liqasının qrup mərhələsinin VI tur matçından sonra mətbuat konfransında deyib.

52 yaşlı mütəxəssis kompakt oyun sərgilədiklərini bildirib: "Qarabağ" keyfiyyətli komandadır. Bunu ilk dəqiqələrdən göstərdilər. Görüşün əvvəli bizim üçün yaxşı alınmadı. Amma tədricən üstünülüy ələ keçirdik və oyunun böyük hissəsində inamlı təsir bağışladıq".




Facebook'da Paylaş