Pekin-2022: Fransalı cütlük ikinci dəfə dünya rekordu qırıb

14-02-2022, 09:29

Pekin-2022: Fransalı cütlük ikinci dəfə dünya rekordu qırıb

Pekin-2022 Qış Olimpiya Oyunlarında yeni dünya rekordu qeydə alınıb.

Ordum az-ın məlumatına görə, fransalı fiqurlu konkisürənlərdən ibarət Qabriela Papadakis - Giyom Sizeron dueti buz üzərində rəqsdə 226,98 xala layiq görülərək qızıl medal əldə ediblər.

Əvvəlki dünya rekordu da bu cütlüyə məxsus olub. Konkisürənlər 2019-cu il Yaponiya Qran-prisində 226,61 xal qazanmışdı.

Qeyd edək ki, daha əvvəl Papadakis - Sizeron dueti ritm rəqsində də 90,83 xalla dünya rekordu müəyyənləşdirib.




Facebook'da Paylaş