İranın güləş yığmasının ABŞ-a səfəri ləğv edilib

3-02-2022, 10:40

İranın güləş yığmasının ABŞ-a səfəri ləğv edilib

İranın sərbəst güləş üzrə yığma komandasının ABŞ-a yoldaşlıq görüşü üçün nəzərdə tutulan səfəri ləğv edilib.

Ordum.az “Mehr” agentliyinə istinadən xəbər verir ki, bu barədə İran Güləş Federasiyasınən prezidenti Əlirza Dabir ABŞ Güləş Federasiyasına ünvanladığı məktubda bildirib.

Dabir ABŞ-ın İran yığmasının 2 güləşçisi, məşqçisi, rəisi, hakimi və onun özünə hələ də viza verməməsi səbəbindən səfərin ləğv edildiyini diqqətə çatdırıb. O, ABŞ-ın Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki konsulluğunun bəzi əməkdaşlarının İran yığmasının üzvlərini 5 saatadək sorğu-sual etməklə, "nəzakətsiz və hörmətsizcəsinə davranış"a yol vermələrinə etiraz edib.

İran Güləş Federasiyası bu davranışı qarşılığında ABŞ tərəfini Tehrana yoldaşlıq görüşünə dəvət edib.

Qeyd edək ki, yoldaşlıq görüşü fevralın 12-də ABŞ-ın Texas ştatının Arlinqton şəhərində keçirilməli idi




Facebook'da Paylaş