Avropa çempionatı: Azərbaycan millisi İspaniya ilə qarşılaşacaq

26-01-2022, 09:28

Avropa çempionatı: Azərbaycan millisi İspaniya ilə qarşılaşacaq

Futzal üzrə Azərbaycan milli komandası Niderlandda keçirilən Avropa çempionatında bu gün növbəti oyununa çıxacaq.

Ordum.az-ın məlumatına görə, Joze Alesio Da Silvanın baş məşqçi olduğu kollektiv D qrupundakı ikinci sınağında İspaniya seçməsi ilə qarşılaşacaq. Qroningen şəhərindəki "Martini Plaza"da oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:30-da başlayacaq. Görüşün baş hakimi Migel Kastilyu olacaq.

Qrupun digər oyununda Gürcüstan və Bosniya və Herseqovina yığmaları münasibətlərinə aydınlıq gətirəcək.

Azərbaycan millisi ilk matçda Gürcüstana 2:3 hesabı ilə uduzub. İspaniya isə Bosniya və Herseqovinanı darmadağın edib - 5:1.

Avropa çempionatı

D qrupu, II tur

26 yanvar

23:30. İspaniya - Azərbaycan

Baş hakim: Migel Kastilyu (Portuqaliya)

Qroningen. "Martini Plaza".

Qeyd edək ki, Azərbaycan milli komandası qrupdakı son oyununu yanvarın 29-da Bosniya və Herseqovinaya qarşı keçirəcək.




Facebook'da Paylaş