Pentaqon Çin ordusu ilə yeni danışıqlar aparıb

30-09-2021, 08:40

Pentaqon Çin ordusu ilə yeni danışıqlar aparıb

Pentaqon rəhbərinin Çin məsələləri üzrə köməkçisinin müavini Maykl Çeyz Çin Xalq Respublikasının hərbçiləri ilə yeni danışıqlar aparıb.

Bu barədə Ordum.az “TASS”a istinadən xəbər verir.

Danışıqalarda Çin tərəfindən Mərkəzi Hərbi Komissiyasının Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəis müavini Huan Syuepin iştirak edib.

Məsləhətləşmələrin iki gün - 28 və 29 sentyabr tarixlərində etibarlı video rabitə kanalı vasitəsi ilə aparıldığı qeyd olunub. Danışıqlar zamanı iki ölkə arasında hərbi münasibətlərlə bağlı bir sıra məsələlər üzrə dürüst, dərin və açıq müzakirələr aparılıb.

ABŞ prezdenti Baydenin vəzifəyə başladığı vaxtdan bəri Pentaqonla Çin ordusu arasında ilk oxşar danışıqlar avqustun sonunda baş tutub.




Facebook'da Paylaş