Səudiyyə Ərəbistanında qırıcı təyyarə qəzaya uğrayıb

7-11-2022, 10:15

Səudiyyə Ərəbistanında qırıcı təyyarə qəzaya uğrayıb

Səudiyyə Ərəbistanının şərqində Hərbi Hava Qüvvələrinə məxsus F-15S qırıcı təyyarəsi təlim zamanı qəzaya uğrayıb.

Ordum.az TASS-a istinadən məlumat verir ki, bu barədə yerli KİV-dən bildirilib.

Qeyd olunub ki, hadisəyə səbəb texniki nasazlıq olub.

Hadisə Dhahran şəhərindəki aviabazanın yaxınlığında baş verib. Pilotlar katapult ediblər, ölən olmayıb.

Qəzanın səbəblərini araşdırmaq üçün komissiya fəaliyyət göstərir.




Facebook'da Paylaş