Britaniya Polşada HHM sistemi və əlavə 100 hərbçi yerləşdirir

17-03-2022, 15:49

Britaniya Polşada HHM sistemi və əlavə 100 hərbçi yerləşdirir

Böyük Britaniya Polşada “Sky Sabre” Hava Hücumundan Müdafiə (HHM) sistemi və əlavə 100 hərbçi yerləşdirir.
Ordum.az TASS-a istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın müdafiə naziri Ben Volles martın 17-də Polşanın müdafiə naziri Mariuş Blaşakla keçirdiyi mətbuat konfransında bildirib.

“Dəstəkləmək və hava məkanının təhlükəsizliyini təmin etmək məqsədilə Polşada “Sky Sabre” orta mənzilli Hava Hücumundan Müdafiə sistemi və əlavə olaraq 100 şəxsi heyət yerləşdirdiyimizi elan edə bilərəm”, - o qeyd edib.




Facebook'da Paylaş