ABŞ Prezidenti Şərqi Avropaya əlavə hərbi qüvvə göndərilməsini təsdiq edib

2-02-2022, 19:26

ABŞ Prezidenti Şərqi Avropaya əlavə hərbi qüvvə göndərilməsini təsdiq edib

ABŞ Prezidenti Cozef Bayden Şərqi Avropaya daha çox qoşun göndərilməsini təsdiqləyib.

Ordum.az xəbər verir ki, bu barədə CNN telekanalı ABŞ administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb.

Hərbi qüvvələrin göndərilməsi yaxın günlərdə baş tutacaq.

Polşada 2 min hərbçi, Rumıniya da daxil olmaqla NATO-nun cənub-şərq cinahında daha bir neçə min hərbçi yerləşdiriləcək.

“The Wall Street Journal”a görə, ABŞ NATO-nun şərq cinahının gücləndirilməsi çərçivəsində Almaniyadan Rumıniyaya minə yaxın hərbçi göndərəcək




Facebook'da Paylaş