Türkiyənin təhlükəsizlik qüvvələri üçün bulud altında uça bilən daha bir PUA

9-02-2022, 16:14

Türkiyənin təhlükəsizlik qüvvələri üçün bulud altında uça bilən daha bir PUA

Şaquli qalxa və enə bilən “Uçbey” adlı PUA Türkiyənin təhlükəsizlik qüvvələrinə xidmət edir.

Ordum.az-ın məlumatına görə, PUA Türkiyənin “Biyoteksan” şirkəti tərəfindən hazırlanıb, inkişaf etdirilib və istehsal edilib.

Türkiyənin ehtiyacları üçün hazırlanmış “Uçbey” bulud altında uçan bilən PUA sinfinə aiddir. 3,5 metr qanad açılımına malik PUA-nın çəkisi 22 kq-dır. Kəşfiyyat və müşahidə missiyalarında istifadə edilə bilər. Elektrik mühərrikləri ilə 3 saat havada qala bilir.

“Uçbey” şaquli qalxma və enmə qabiliyyətinə malikdir və bu sayədə uçuş-enmə zolağına ehtiyac olmadan bir çox sahədə/ərazilərdə sürətlə istifadə edilə bilər. Elektrik mühərrikləri sayəsində 1000 metr hündürlükdə onu görmək və eşitmək mümkün deyil. Bu sayədə kəşfiyyat-müşahidə və kəşfiyyat əməliyyatlarında hədəfin fərqinə varmadan əməliyyatı müvəffəqiyyətlə icra edə bilir.

Təbii fəlakətlərdə axtarış-xilasetmə əməliyyatlarının dəstəklənməsi, sahil və sərhəd təhlükəsizliyi, miqrant qaçaqmalçılığı, qaçaqmalçılıq, narkotik əməliyyatları və meşə yanğınları ilə mübarizədə də istifadə üçün uyğundur.




Facebook'da Paylaş