İsrail ABŞ-dan 12 hərbi helikopter alır

31-12-2021, 13:04

İsrail ABŞ-dan 12 hərbi helikopter alır

İsrail ABŞ-dan 12 hərbi helikopterin alınması ilə bağlı müqavilə imzalayıb.
Ordum.az xəbər verir ki, məlumatı “news.co” yayıb.

Bildirilib ki, ABŞ-ın “Lockheed Martin” şirkətinin istehsalı olan helikopterlər İsrailin köhnəlmiş “Sikorsky CH-53” (“Yasur”) hücum helikopterlərini əvəzləyəcək.

Məlumata görə, İsrail ABŞ-ın “Boeing” şirkətinin istehsalı olan yeni “KC46” markalı yanacaqdolduran təyyarələr də alacaq.

ABŞ-la İsrail arasında bu anlaşmaların ümumi dəyəri 2 milyard dollara yaxındır.

Helikopterlərin 2026-cı ildə İsrailə gətiriləcəyi gözlənilir




Facebook'da Paylaş