Türkiyə və Ukrayna birgə “Anka” PUA-ları istehsal edəcək

13-12-2021, 11:50

Türkiyə və Ukrayna birgə “Anka” PUA-ları istehsal edəcək

Türkiyə və Ukrayna “Anka” Pilotsuz Uçuş Aparatları (PUA) da daxil olmaqla bir çox PUA-nın birgə istehsal edilməsinə qərar verib.

Ordum.az xəbər verir ki, bu barədə müsahibəsində Ukrayna Prezidenti Vladimir Zelenskinin müşavirlərindən biri Aleksey Arestoviç məlumat yayıb.

PUA-ların Vasilkov şəhərində qurulacaq fabrikdə istehsal edilməsi planlaşdırılır.

“Hazırda zavod Vasilkovda tikilir. Artıq obyektin tikintisinə başlanılıb. Ukrayna-Türkiyə PUA-ları istehsal olunacaq. O cümlədən “Anka”, o cümlədən Ukrayna PUA-ları... Xüsusilə, hava elementlərinə və digər PUA-lara qarşı hərəkət edə bilən reaktiv PUA-lardan danışmaq olar. Hətta pilotlu təyyarələrə qarşı… Bu PUA-larda Ukrayna mühərrikləri və digər türk avionikləri olacaq: gövdə və s...”, - deyə o bildirib.

Arestoviç onu da qeyd edib ki, Ukraynada tikilməkdə olan PUA zavodu 2022-ci ilin sonuna kimi ilk məhsullarının çatdırılmasına başlayacaq.




Facebook'da Paylaş