Mərakeş İsraildən PUA-lara qarşı sistemlər alacaq

24-11-2021, 15:03

Mərakeş İsraildən PUA-lara qarşı sistemlər alacaq

Mərakeş İsraildən Pilotsuz Uçuş Aparatlarına (PUA) qarşı istifadə üçün nəzərdə tutulan “Skylock Dome” adlı Hava Hücumundan Müdafiə (HHM) sistemləri alır.

Ordum.az xəbər verir ki, bu barədə ölkənin Silahlı Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Bu açıqlama İsrailin müdafiə naziri Benni Qantzın çərşənbə günü Mərakeşə planlaşdırılan səfərindən əvvəl verilib. Qantzın mərakeşli həmkarı ilə təhlükəsizlik və müdafiə sazişlərini yekunlaşdıracağı gözlənilir.

Fevral ayında Əbu-Dabidə keçirilən Beynəlxalq Müdafiə Sərgisi və Konfransında təqdim edilən “Skylock Dome” PUA-ları aşkar edərək sıradan çıxara bilir.

“Defence News” nəşri keçən ay bildirdi ki, Qantzın imzalayacağı müqavilələr arasında İsrailin Mərakeşə yerli PUA sənayesi qurmasına kömək edəcəyinə dair anlaşmalar var.




Facebook'da Paylaş