“Leonardo” Türkiyənin radioelektron mübarizə təyyarələrini infraqırmızı sistemlərlə təchiz edəcək

23-11-2021, 18:54

“Leonardo” Türkiyənin radioelektron mübarizə təyyarələrini infraqırmızı sistemlərlə təchiz edəcək

İtaliyanın “Leonardo” şirkəti Türkiyənin kritik layihələrindən biri olan “Hava SOJ” çərçivəsində istehsal olunacaq təyyarələr üçün DIRCM (istiqamətləndirilmiş infraqırmızı ölçmə) sistemi təmin edəcək.

Ordum.az xəbər verir ki, bu barədə Türkiyənin “SavunmasanayiST” hərbi nəşri öz mənbələrinə istinadən yazıb.

“Hava SOJ” Türkiyə Hərbi Hava Qüvvələri Komandanlığı üçün həyata keçirilən ən kritik layihələrdən biridir. ASELSAN-TUSAŞ ilə ortaq şəkildə həyata keçirilən layihə tamamlandıqda Türkiyə Hərbi Hava Qüvvələrinə bölgədə ciddi bir qabiliyyət qazandıracaq.

Artıq C-160 yük təyyarəsinə inteqrasiya olunmuş “Milkar 2U Stand Off Jammer” (SOJ) sistemlərinə sahib olan Türkiyə Hərbi Hava Qüvvələri “Hava SOJ” ilə çox daha müasir radioelektron mübarizə və radioelektron dəstək platformasına sahib olacaq. “Hava SOJ”da aktiv mərhələli antenalar sayəsində çoxməqsədli hədəfləmə qabiliyyəti əldə ediləcək.

“Hava SOJ” layihəsi üçün Kanadanın “Bombardier” şirkətindən “Global 6000” tipli biznes təyyarələri alınıb. Hazırda TUSAŞ obyektlərində avadanlıq fəaliyyəti davam etdirilən təyyarənin müvəqqəti qəbulunun 2025-ci ildə həyata keçirilməsi planlaşdırılır. 2026-cı ildə təyyarələrin qəbul fəaliyyətləri tamamlanacaq və onlar Hərbi Hava Qüvvələri Komandanlığının inventarına daxil ediləcək.

DIRCM sistemlərini sayəsində Türkiyə təyyarələri infraqırmızı axtarış başlığı ilə sursatlara qarşı özünümüdafiə təmin edə biləcək.

Sistem “Hava SOJ” təyyarəsinin özünümüdafiə kompleksinə inteqrasiya olunacaq və bununla da təyyarədə əks-tədbir buraxılış qurğuları və raket xəbərdarlığı sistemləri ilə işləyəcək. Gələcəkdə ilk təyyarə üçün satın alınan DIRCM sistemlərinin sayının artacağı gözlənilir.




Facebook'da Paylaş