Azərbaycan Türkiyə ilə birgə tədqiqat-araşdırma mərkəzi yaradır

22-09-2021, 13:08

Azərbaycan Türkiyə ilə birgə tədqiqat-araşdırma mərkəzi yaradır

Azərbaycanda Türkiyə ilə innovasiya və texnologiya sahəsi üzrə birgə müəssisə və tədqiqat-araşdırma mərkəzinin qurulması nəzərdə tutulub.

Ordum.az xəbər verir ki, bununla bağlı İstanbulda keçirilən IV “Texnofest” festivalı çərçivəsində Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə "Baykar Makina" şirkəti arasında dövlət-özəl tərəfdaşlığı çərçivəsində memorandum imzalanıb.

Məqsəd innovativ texnoloji məhsul və avadanlıqların istehsalı və ya təkmilləşdirilməsi, sifarişlər əsasında yeni həllərin hazırlanması, həmçinin innovasiya sahəsində tədqiqat və araşdırma işlərinin aparılması, onların nəticələrinin sənaye, xidmət və digər sahələrdə tətbiqi (kommersiyalaşdırılması) üçün zəruri infrastrukturun yaradılması, innovasiya məhsullarının ixracı sahəsində birgə layihələrin həyata keçirilməsidır.




Facebook'da Paylaş