"Qərbi Azərbaycanın milli-mədəni irsi gənclərin gözü ilə" respublika müsabiqəsinə yekun vurulub

10-06-2024, 10:07


Qafan Rayon Gənclər Şurasının və "Gənclərin Töhfəsi" İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən "Qərbi Azərbaycanın milli-mədəni irsi gənclərin gözü ilə" adlı respublika müsabiqəsinin mükafatlandırma mərasimi baş tutmuşdur.
Tədbirdə "Gənclərin Töhfəsi" İctimai Birliyinin sədri Asim Vəliyev, Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, ictimai xadim, münsiflər heyətinin sədri Məhsəti Hüseynova, Qafan Rayon Gənclər Şurasının sədri, layihə rəhbəri Murad Həsənxanlı, Dövlət İdarəçilik Akademiyasının əməkdaşı, münsiflər heyətinin sədr müavini Rəna Rəhimova, YAP Səbail Rayon Təşkilatının fəalı İxtiyar Mahmudzadə, DİA TGT sədr səlahiyyətlərini müvəqqəti icra edən Rafael İsgəndərov Qərbi Azərbaycanın milli-mədəni irsi, mədəniyyəti haqqında geniş fikirlər söyləmişdirlər.
Müsabiqədə "bədii qiraət, "rəsm", ""rəqs", "məqalə" nominasiyaları üzrə I, II, III yerlərin qalibi olmuş iştirakçılara fəxri fərman və hədiyyələr, digər iştirakçılara isə təşəkkürnamələr təqdim olunmuşdur.
Həmçinin, layihənin təşkilat komitəsinin üzvlərinə fəxri fərmanlar təqdim olunmuş, sonda xatirə fotosu çəkilmişdir.








Facebook'da Paylaş