Türkiyə MN: Ankara və Kiyev İstanbuldakı taxıl ixracı mərkəzinin işindən razıdırlar

12-09-2022, 09:30

Türkiyə MN: Ankara və Kiyev İstanbuldakı taxıl ixracı mərkəzinin işindən razıdırlar

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Ukraynanın müdafiə naziri Aleksey Reznikov və bu ölkənin infrastruktur naziri Aleksandr Kubrakov ilə telefon danışığı aparıb.

Ordum.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin bəyanatında deyilir.

"Danışıqlar zamanı humanitar yardım və taxıl tədarükü ilə bağlı fikir mübadiləsi aparılıb. Birgə Koordinasiya Mərkəzinin (İstanbulda) fəaliyyətindən məmnunluq ifadə olunub. Həmçinin Ukrayna xalqına göstərilən humanitar yardımın bundan sonra da davam etdiriləcəyi vurğulanıb”, - deyə məlumatda bildirilir.




Facebook'da Paylaş