Cənubi Koreya XİN: “Son illərdə rəsmi Bakı və Seul arasında münasibətlər dərinləşib”

29-07-2022, 11:39

Cənubi Koreya XİN: “Son illərdə rəsmi Bakı və Seul arasında münasibətlər dərinləşib”

Bu gün Cənubi Koreyanın xarici işlər naziri Pak Cin Azərbaycanın bu ölkədəki səfiri Rəmzi Teymurov ilə görüşüb.

Bu barədə Ordum.az Cənubi Koreya XİN-in Mətbuat Xidmətinə istinadən məlumat verir.
Nazir Pak Cin Rəmzi Teymurovun səfir təyin olunmasından sonra ölkəsi ilə Azərbaycan arasında dostluq münasibətlərinin və iki xalq arasında qarşılıqlı anlaşmanın dərinləşdiyini bildirib və ölkələr arasında əməkdaşlığın möhkəmlənməsində onun səylərini yüksək qiymətləndirib.

R.Teymurov isə səfir vəzifəsində olduğu müddətdə verdiyi dəstəyə görə Cənubi Koreya hökumətinə minnətdarlığını bildirib. O, bundan sonra da dövlətlər arasında ikitərəfli münasibətlərin inkişafına çalışacağını bildirib.




Facebook'da Paylaş