Baydenin Yaxın Şərqə səfəri başlayıb

13-07-2022, 17:07

Baydenin Yaxın Şərqə səfəri başlayıb

ABŞ Prezidenti Cozef Baydenin iyulun 13-də Yaxın Şərqə səfəri başlayıb.

Ordum.az xəbər verir ki, məlumatı xarici KİV yayıb.

Bildirilib ki, ABŞ liderinin səfəri İsraili, Səudiyyə Ərəbistanı və Fələstini, İordan çayının Qərb sahilini əhatə edəcək.

Qeyd olunub ki, səfər iyulun 16-dək davam edəcək.

Bildirilib ki, səfər zamanı Prezident Bayden İsrail və Səudiyyə Ərəbistanı liderləri ilə ölkələrarası perspektivləri müzakirə edəcək.




Facebook'da Paylaş