Türkiyə, Rusiya və İran prezidentlərinin üçtərəfli görüşünün təxmini gündəliyi açıqlanıb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya dövlət başçısı Vladimir Putin və İran Prezidenti İbrahim Rəisinin üçtərəfli görüşünün təxmini gündəliyi açıqlanıb.
Ordum.az xəbər verir ki, məlumatı “Hurriyet” yayıb.
Bildirilib ki, Türkiyə, Rusiya və İran təminatçı ölkələr olaraq Suriyadakı vəziyyət, o cümlədən bu ölkənin yeni Konstitusiyasının hazırlanması və siyasi problemin həlli prosesini müzakirə ediləcək. Zirvə toplantısında terrora qarşı mübarzə, terrorçu PKK/YPG-PYD qruplaşması və suriyalı qaçqınların geri qayıtması kimi mövzular müzakirə masasında olacaq.
Məlumata görə, Rəcəb Tayyib Ərdoğanla Vladimir Putin arasında ikitərəfli görüşdə Suriyanın şimalında Türkiyənin keçiriləcəyi antiterror əməliyyatına dair məsələsində gündəliyə gələcəyi gözlənilir.
Sammitdə Rusiya-Ukrayna savaşı ilə yanaşı, enerji və ərzaq böhranı da müzakirə ediləcək.
Qeyd edək ki, bu, prezident olandan sonra İbrahim Rəisinin ilk üçtərəfli zirvə toplantısı olacaq.
Xatırladaq ki, üç ölkə arasında Astana formatında sonuncu görüş pandemiya səbəbindən 2020-ci il iyulun 1-də videokonfrans şəklində reallaşmışdı. Liderlərin son üzbəüz görüşü isə 2019-cu il sentyabrın 16-da Ankaradakı Çankaya köşkündə olub.
Türkiyə, Rusiya və İran prezidentləri iyulun 19-da Tehranda görüşəcək.
Facebook'da Paylaş