Almaniya XİN başçısı dünyanı nüvə silahından imtina etməyə çağırıb

11-07-2022, 09:00

Almaniya XİN başçısı dünyanı nüvə silahından imtina etməyə çağırıb

Almaniyanın xarici işlər naziri Annalena Berbok dünyanı nüvə silahından imtina etməyə çağırıb.

Ordum.az-a “Deutsche Welle”yə istinadən xəbər verir ki, bu barədə o, iyulun 10-da 1945-ci ildə Amerikanın nüvə bombalaması nəticəsində dağıdılmış Naqasaki şəhərinə səfəri zamanı deyib.

O bildirib ki, Almaniya son vaxtlar nüvə silahı arsenallarında azalma yox, artım fonunda nüvə silahı olmayan dünya istiqamətində çalışmalıdır.




Facebook'da Paylaş