VI Xəzər Sammitinin keçiriləcəyi tarix açıqlanıb

23-06-2022, 09:34

VI Xəzər Sammitinin keçiriləcəyi tarix açıqlanıb

VI Xəzər Sammiti iyunun 29-da Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçiriləcək.

Ordum.az xəbər verir ki, daha əvvəl tədbirin 2021-ci ildə keçirilməsi planlaşdırılsa da, sonradan bu ilə keçirilmişdi.

Xatırladaq ki, V Xəzər Sammiti 2018-ci ildə Qazaxıstanın Aktau şəhərində keçirilib. Zirvə görüşündə Rusiya, Qazaxıstan, Türkmənistan, Azərbaycan və İran prezidentləri iştirak ediblər. Sammitin yükunlarına əsasən Xəzər dənizinin hüquqi statusu haqında Konvensiya imzalanıb.




Facebook'da Paylaş