Sulduzlu milli fəal məhkəməyə çağırılıb

21-06-2022, 22:22

Sulduzlu milli fəal məhkəməyə çağırılıb

Sulduzlu milli fəal məhkəməyə çağırılıb

İran Məhkəmə Sisteminin elektron sistemi vasitəsilə göndərilən bildirişdə milli fəal Höccət İsmətzadədən 29 iyun saat 12:00-da Sulduz şəhərinin İkinci Cəza Məhkəməsinin 101-ci bölməsində olması istənilib. Məhkəmə bildirişində fəalın “xəbərləri təhrif etmək, yalan məlumatlar, foto və görüntülər yaymaqla məqsədli şəkildə ictimai asayişi pozmaq”da ittiham olunduğu qeyd olunub.
Bir müddət bundan öncə Qərbi Azərbaycan əyalətinin Sulduz şəhərindən olan milli-mədəni fəal Höccət İsmətzadənin özünün iştirakı olmadan barəsində 2 il 6 ay həbs və 50 şallaq zərbəsi cəzası qərarı çıxarılıb.
Qeyd edək ki, Höccət İsmətzadə 2021-ci il sentyabrn 4-də “xəbərləri təhrif etmək, yalan məlumatlar, foto və görüntülər yaymaqla məqsədli şəkildə ictimai asayişi pozmaq”da ittiham olunaraq İran təhlükəsizlik məmurları tərəfindən saxlanılıb. Ancaq sentyabrın 5-də girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər azadlığa buraxılıb.
Fəalın saxlanılması səbəbi Sulduzun Saxsıtəpə kəndində yerli türklərlə etnik kürd azınlığı arasında baş verən qarşıdurma ilə bağlı məlumat yayması olub.
Cavidan




Facebook'da Paylaş