Zaxarova: "Rusiya Ukraynadakı münaqişənin həllində vasitəçilik roluna görə Türkiyəyə minnətdardır

3-06-2022, 16:06

Zaxarova: "Rusiya Ukraynadakı münaqişənin həllində vasitəçilik roluna görə Türkiyəyə minnətdardır

“Biz hər zaman vasitəçilik funksiyası ilə çıxış edən, öz səylərini təklif edən ölkələrə, siyasi xadimlərə, dövlət başçılarına minnətdarıq”.

Ordum.az-ın məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə Türkiyə Prezidentinin rəsmi Moskva, Kiyev və BMT arasında görüşün İstanbulda keçirilməsi ilə bağlı təklifini şərh edərkən deyib.

“Biz istənilən şəraitdə sülhlə bağlı istənilən vasitəçilik istəyinə görə minnətdarıq. Bu, bir çox ölkələrin öz qanunlarına, ənənələrinə zidd olaraq hərəkət etməsi və ya aqressiv ritorika ənənələrini davam etdirməsi və sülh yolu ilə nizamlanmadan, istənilən diplomatik cəhdlərdən imtina etməsi fonunda xüsusi əhəmiyyət kəsb edir”, - o bildirib.

M.Zaxarova həmçinin qeyd edib ki, vasitəçiliklə bağlı istənilən fikir hər zaman dəyərlidir:

Xatırladaq ki, daha əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya dövlət başçısı Vladimir Putinlə telefon danışığı zamanı İstanbulda Rusiya, Ukrayna və BMT arasında görüş təşkil etməyi təklif etmişdi.




Facebook'da Paylaş