Böyük Britaniya XİN başçısı: "Marşal planı"na ehtiyacımız var"

18-05-2022, 11:35

Böyük Britaniya XİN başçısı: "Marşal planı"na ehtiyacımız var"

“Bizim “Marşal planı”na ehtiyacımız var”.

Ordum.az “RBK Ukraina”ya istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın xarici işlər naziri Liz Trass deyib.

“Böyük Britaniya və digər “Böyük Yeddilik” (G7) ölkələri Ukraynanın bərpasıını maliyyələşdirmək üçün Rusiyanın dondurulmuş aktivlərindən istifadə etməyi düşünür. Mən G7-də həmkarlarımla keçirdiyim görüşdə “Marşal planı” ilə bağlı müzakirə aparmışam”, - o söyləyib.

Xatırladaq ki, Almaniyanın maliyyə naziri Kristian Lindner Rusiyanın dondurulmuş aktivlərinin Ukraynanın bərpasını maliyyələşdirmək üçün köçürülməsi ideyasının G7 və Avropa İttifaqında fəal müzakirə olunduğunu bildirib.




Facebook'da Paylaş