XİN: “Türkiyə hər zaman Krım tatarlarının yanında olmağa davam edəcək”

18-05-2022, 10:33

XİN: “Türkiyə hər zaman Krım tatarlarının yanında olmağa davam edəcək”

“Türkiyə Krım tatarlarının kimliyini qorumaq, onların rifah və əmin-amanlığını təmin etmək üçün hər zaman soydaşlarımızın yanında olmağa davam edəcək”.

Ordum.az xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü, səfir Tanju Bilgiç Krım tatarlarının sürgününün 78-ci ildönümü ilə bağlı açıqlamasında bildirib.

O vurğulayıb ki, Krımın yerli əhalisi olan Krım tatarları 1944-cü il mayın 18-də vətənlərindən zorla didərgin salınaraq qeyri-insani şəraitdə sürgünə göndəriliblər: “250 min Krım tatarının çoxu sürgün zamanı və ya sürgün olunduqları yerlərdə həyatını itiriblər. Bu gün biz bu faciəli hadisənin 78-ci ildönümünü anırıq.

Mayın 21-i Çərkəz sürgününün 158-ci ildönümü kimi qeyd olunur. XIX əsrdə çar Rusiyasının Qafqaza hücumu zamanı Qafqaz xalqları yüz minlərlə itki vermiş, sağ qalanların bir çoxu öz vətənlərini tərk edərək Anadoluya sığınıblar. Çərkəz sürgün adlanan bu faciənin acısını bu gün də hiss edirik.

Bununla bağlı həm Krım tatarlarının, həm də qardaş Qafqaz xalqlarının yaşadıqları hər iki faciə zamanı həyatını itirənlərin qarşısında ehtiramla baş əyirik”.




Facebook'da Paylaş