Yaxın vaxtlarda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü planlaşdırılır

11-05-2022, 20:30

Yaxın vaxtlarda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü planlaşdırılır

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyanın, eləcə də iki ölkə nümayəndələrinin sərhədin demarkasiyası və delimitasiyası məsələləri üzrə görüşü yaxın vaxtlarda baş tutacaq.

Ordum.az TASS-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Hollandiyada Beynəlxalq Münasibətlər İnstitutunda mühazirə zamanı deyib.

"Yaxın vaxtlarda demarkasiya və delimitasiya üzrə nümayəndələrimizin görüşü planlaşdırılır, həmçinin xarici işlər nazirlərinin görüşü baş tutacaq. Biz çox çətin yollardan keçmişik, amma bu gün məndə dərin əminlik var ki, düzgün yoldayıq”, - Paşinyan bildirib.




Facebook'da Paylaş