Ceyhun Bayramov və Mövlud Çavuşoğlu üçtərəfli bəyanatların icrasını müzakirə edib

5-04-2022, 16:58

Ceyhun Bayramov və Mövlud Çavuşoğlu üçtərəfli bəyanatların icrasını müzakirə edib

Azərbaycan Xarici İşlər Nazirliyi nazir Ceyhun Bayramovla türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında telefon danışığı barədə məlumat yayıb.

XİN-dən Ordum.az-a bildirilib ki, tərəflər bölgədə mövcud olan cari vəziyyət, o cümlədən üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər, eləcə də Ukraynadakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.

Nazirlər həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.




Facebook'da Paylaş