Pakistanın Baş naziri İmran Xan istefa verib

4-04-2022, 10:16

Pakistanın Baş naziri İmran Xan istefa verib

Pakistanın Baş naziri İmran Xan istefa verib.

Ordum.az “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə Pakistan hökuməti məlumat yayıb.

O, yeni Baş nazir təyin olunanadək vəzifəsini icra edəcək.

“Pakistan Konstitusiyasının 48-ci maddəsinin 1-ci bəndi ilə 58-ci maddəsinin 1-ci bəndinə uyğun olaraq Pakistan Prezidenti tərəfindən Milli Assambleyanın buraxılması nəticəsində İmran Xan Pakistanın Baş naziri vəzifəsini tutmağı dayandırıb”, - Nazirlər Kabinetinin məlumatında vurğulanıb.

Qeyd edək ki, Pakistan müxalifəti Baş nazir İmran Xanı ölkədə inflyasiyaya nəzarət edə bilməməkdə ittiham edərək onun istefasını və bununla bağlı qanunverici orqanda etimad səsverməsinin keçirilməsiuni tələb edirdi. Milli Assambleya sədrinin müavini Qasım Suri Baş nazirə etimadsızlığın konstitusiyanın 5-ci maddəsi ilə ziddiyyət təşkil etdiyini bildirib və təklifi səsverməyə qoymayıb. Müxalifət səsvermənin ləğv edilməsinə etiraz edərək məhkəməyə müraciət edəcəklərinin bildirmişdi. Bu, İmran Xanın parlamentin buraxılması təklifi ilə çıxış etməsinə səbəb olub.

Aprelin 3-də Baş nazir İmran Xan Prezident Arif Alviyə parlamentin buraxılması təkilfi ilə müraciət edib




Facebook'da Paylaş