Pakistan ordusunda ilk: Qadın xidmət rəisi seçildi

27-11-2021, 18:14

Pakistan ordusunda ilk: Qadın xidmət rəisi seçildi

Pakistan Silahlı Qüvvələri Tibbi xidmətinin rəisi ilk dəfə qadın general təyin olunub.
Nigar Cövhər Xanın bu vəzifəyə təyin olunması ilə bağlı təntənəli mərasim Abbottabad şəhərində Hərbi Tibbi Mərkəzdə keçirilib. Pakistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi general Qamar Cavid Bacva tədbirdə çıxış edərək hərbçilərin ölkə daxili və xaricində təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında fəal iştirak etdiklərini bildirib.
Qeyd edək ki, Nigar Cövhər Xan bundan əvvəl Silahlı Qüvvələrin Tibbi Xidmətində müxtəlif komanda və inzibati vəzifələrdə işləyib. Ona Pakistan ordusunun general-mayor rütbəsi verilib.




Facebook'da Paylaş