Matviyenko: “Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanacağına ümid edirik”

29-03-2022, 12:49

Matviyenko: “Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanacağına ümid edirik”

"Rusiya Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanacağına ümid edir".

Ordum.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko MDB-nin üzvü olan dövlətlərin Parlamentlərarası Assambleyasının Şurasının iclasında deyib.

O, Azərbaycan parlamentinin sədri Sahibə Qafarova və Ermənistan parlamentinin sədri Alen Simonyanın mümkün sülh müqaviləsi ilə bağlı fikirlərini şərh edərkən bildirib: “Çox ümid edirik ki, bu vəziyyətə sülh müqaviləsi ilə yekun vurulacaq”.




Facebook'da Paylaş