Britaniya XİN: Ukrayna ilə sərhəddə vəziyyət kritikdir

18-02-2022, 08:14

Britaniya XİN: Ukrayna ilə sərhəddə vəziyyət kritikdir

Ukrayna ilə sərhəddə vəziyyət kritikdir, lakin hələ də münaqişənin qarşısını almaq mümkündür.

Ordum.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın xarici işlər nazirinin müavini Ceyms Kleverli BMT Təhlükəsizlik Şurasının Ukrayna üzrə iclasında bildirib.

Diplomat bildirib ki, London Rusiya qoşunlarının Ukrayna ilə sərhəddən çıxarılmasına dair heç bir sübut görmür.

“Biz Rusiyanı danışıqlar aparmağa və Avropada sülh, təhlükəsizlik və sabitliyə uyğun hərəkət etməyə çağırırıq”, - diplomat qeyd edib.




Facebook'da Paylaş