Aİ ABŞ və Rusiyanın Ukrayna ilə bağlı apardığı danışıqlara qoşulmaq istəyir

29-12-2021, 14:33

Aİ ABŞ və Rusiyanın Ukrayna ilə bağlı apardığı danışıqlara qoşulmaq istəyir

“Avropa İttifaqı Ukrayna və Avropadakı təhlükəsizliklə bağlı ABŞ və Rusiya ilə danışıqlarda iştirak etmək istəyir”.

Ordum.az UNIAN-a istinadən xəbər verir ki, bunu Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi Cozep Borrel “Die Welt” nəşrinə müsahibəsində deyib.

“Biz baş verənlərdən kənarda olmaq istəmirik. Buna imkan verə bilmərik”, - o bildirib.

Diplomat sözlərinə görə, 1975-ci ildə Helsinki Yekun Aktının qəbulundan sonra bütün pozuntular barədə danışıqlar aparılmalıdır: “Biz Rusiyanın daxili işləri kimi qiymətləndirdiyi bəzi məsələlərlə razılaşmırıq"




Facebook'da Paylaş