Rusiya XİN: "Vəziyyət mürəkkəbləşir, ləngiyə bilmərik"

20-12-2021, 11:30

Rusiya XİN: "Vəziyyət mürəkkəbləşir, ləngiyə bilmərik"

“ABŞ Rusiyanın təhlükəsizliyinin təminatı ilə bağlı təklifinə hələ münasibət bildirilməyib”.

Ordum.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov dekabrın 20-də jurnalistlərə açıqlamasında deyib.

“Biz hələlik hər cür bəyanatları görürük, lakin onlar ABŞ-dan deyil, bu da əhəmiyyətlidir. Bizim üçün əsas Vaşinqtonun nə deməsidir”,- o vurğulayıb.

Onun sözlərinə görə, ABŞ çətin ki Moskva ilə təhlükəsizlik təminatları ilə bağlı danışıqlardan əl çəksin, lakin onları şərtlərlə əhatə etməyə və prosesi uzatmağa çalışacaq: "Düşünürəm ki, onlar bütün bunları belə ləng prosesə çevirməyə çalışacaqlar, bizim isə buna təcili ehtiyacımız var, çünki vəziyyət çox ağırdır, kəskindir, daha da mürəkkəbləşməyə meyillidir, ona görə də biz ləngiyə bilmərik, biz dərhal bu danışıqlara başlamağa hazırıq".

Xatırladaq ki, dekabrın 17-də Rusiya Xarici İşlər Nazirliyi Moskvanın ABŞ və NATO-dan gözlədiyi təhlükəsizlik təminatları ilə bağlı sazişlər layihəsini açıqlayıb. Sazişlər xüsusilə NATO-nun şərqə doğru genişlənməsindən vaz keçməsi, o cümlədən Ukraynanın ona qəbul edilməsini, habelə ciddi hücum silahlarının, xüsusən də nüvə silahlarının yerləşdirilməsinə məhdudiyyətləri nəzərdə tutur.




Facebook'da Paylaş