Türkiyə XİN Ukrayna ilə əlaqələrin 30 illiyi ilə bağlı bəyanat yayıb

3-02-2022, 12:57

Türkiyə XİN Ukrayna ilə əlaqələrin 30 illiyi ilə bağlı bəyanat yayıb

“Ukrayna ilə diplomatik əlaqələrimizin 30-cu ilini qeyd edirik”.

Ordum az xəbər verir ki, bu, Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda qeyd olunub.

“Son illərdə Ukrayna ilə əlaqələrimiz qarşılıqlı anlaşma, inam və ortaq maraqlar əsasında daha da inkişaf edib. Bu, regiondakı sülh və sabitliyə töhfə verir. Türkiyə Ukraynanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir, Krımın qanunsuz ilhaqını tanımır. Türkiyə Donbasda beynəlxalq hüquqa uyğun, diplomatik həllin tərəfdarıdır”, - sənəddə bildirilib




Facebook'da Paylaş