Avropa İttifaqı Rusiyaya qarşı sanksiyalarla bağlı razılığa gələ bilmir

26-12-2021, 09:30

Avropa İttifaqı Rusiyaya qarşı sanksiyalarla bağlı razılığa gələ bilmir

Avropa İttifaqında (Aİ) Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi ilə bağlı müzakirələr başlayıb, lakin bu məsələdə ölkələr arasında hələ də konsensus yoxdur.

Ordum.az xəbər verir ki, bu barədə “The Washington Post” məlumat yayıb.

Qəzetin yazdığına görə, Aİ Rusiyanı Ukraynaya hərbi müdaxilə edəcəyi təqdirdə yeni sanksiyalar tətbiq etməklə hədələyib.

Eyni zamanda, Aİ-nin xarici siyasətində qərarların qəbulu bütün üzv dövlətlərin razılığı əsasında qəbul edilir. Lakin, bir çox Avropa ölkələri sanksiyalara ehtiyac olmadığını bildiriblər.

Xatırladaq ki, Avropa İttifaqı Rusiyaya qarşı iqtisadi sanksiyaların müddətini 31 yanvar 2022-ci il tarixinə qədər uzadıb.




Facebook'da Paylaş