Ursula fon der Lyayen: "Aİ Rusiyaya qarşı görünməmiş tədbirlər görməyə hazırdır"

15-12-2021, 15:50

Ursula fon der Lyayen: "Aİ Rusiyaya qarşı görünməmiş tədbirlər görməyə hazırdır"

“Rusiya Ukraynaya qarşı təcavüzkar siyasətini artırarsa, Avropa İttifaqı Rusiyaya yönəlik sanksiyaları genişləndirməyə və görünməmiş tədbirlər həyata keçirməyə hazırdır”.

Ordum.az “Reuters”ə istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen Avropa Parlamentindəki çıxışı zamanı deyib.

Onun sözlərinə görə, ABŞ-la bu istiqamətdə sıx əməkdaşlıq davam edir: “Növbəti aqressiyaya sanksiyaların gücləndirilməsi ilə cavab verəcəyik. Sözsüz, biz Rusiyaya qarşı ciddi nəticələrə səbəb olacaq addımlar atmağa hazırıq”.




Facebook'da Paylaş