GUAM helikopter qəzası ilə bağlı Azərbaycana başsağlığı verib

1-12-2021, 09:45

GUAM helikopter qəzası ilə bağlı Azərbaycana başsağlığı verib

Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat (GUAM) Dövlət Sərhəd Xidmətinin (DSX) helikopterinin qəzaya uğraması nəticəsində hərbi qulluqçuların həlak olması ilə bağlı Azərbaycana başsağlığı verib.

Ordum.az xəbər verir ki, bu barədə təşkilatın tviter səhifəsində paylaşım edilib.

“Hərbi helikopterin təlimlər zamanı faciəvi şəkildə qəzaya uğraması haqqında xəbər bizi dərindən kədərləndirdi. Həlak olanların ailələrinə, Azərbaycan hökumətinə və xalqına başsağlığı verir, yaralılara tez bir zamanda və tam sağalmağı arzu edirik”, - paylaşımda deyilir.

Qeyd edək ki, dünən Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən Qaraheybət poliqonunda qəzaya uğrayıb. Hadisə nəticəsində 14 nəfər həlak olub, 2 nəfər yaralanıb.




Facebook'da Paylaş