Ermənistanın Statistika Komitəsi: Ölkədə yoxsulluğun səviyyəsi artır

1-12-2021, 10:01

Ermənistanın Statistika Komitəsi: Ölkədə yoxsulluğun səviyyəsi artır

Ermənistanın Statistika Komitəsi “Ermənistanda sosial mənzərə və yoxsulluq, 2021” statistik və analitik hesabatı dərc edib.

Bu barədə Ordum.az“News.am”a istinadən xəbər verir.

Hesabata əsasən 2019-cu illə müqayisədə 2020-ci ildə ölkədə yoxsulluğun səviyyəsi 0,6% artaraq 27% təşkil edib. Ermənistanda yoxsulluğun səviyyəsini qiymətləndirmək üçün hesabatda rifahın göstəricisi kimi istehlak yönümlü xərclərdən istifadə olunur.

Dünya Bankının təsdiqlədiyi yeni metodologiyaya əsasən, 2020-ci ildə ifrat yoxsulluq səviyyəsi 0,7% (2019-cu ildə 1,4%) təşkil edib.

“Nəzərə alsaq ki, aşağı həddə olan yoxsulların sayı azalıb, orta yoxsulluq səviyyəsinin artması əsasən orta təbəqənin yoxsullaşması ilə bağlıdır. Yəni kasıbların sıraları əvvəllər işləmiş insanlarla tamamlanıb”, - agentlik qeyd edib.

Məlumata görə, 2021-ci ilin yanvar-oktyabr aylarında Ermənistanda əvvəlki illərlə müqayisədə görünməmiş yüksək inflyasiya qeydə alınıb - 6,9%. Eyni zamanda, ölkə iqtisadiyyatı ötənilki böhrandan çıxa bilməyib və əhalinin gəlirləri - pensiyalar, müavinətlər, maaşlar əsasən eyni qalıb. Odur ki, 2021-ci ildə yoxsulluq probleminin daha da kəskinləşəcəyi, sosial problemləri daha da ağırlaşdıracağı və mühacirət dalğasının davam edəcəyi ehtimalı yüksəkdir.




Facebook'da Paylaş