Tofiq Zülfüqarov: "Bakı və Moskva İrəvandan öhdəliklərini yerinə yetirməyi istəyəcək"

26-11-2021, 13:21

Tofiq Zülfüqarov: "Bakı və Moskva İrəvandan öhdəliklərini yerinə yetirməyi istəyəcək"

"Ötən il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın yerinə yetirilməsi məsələsi Azərbaycan, Ermənistan, Rusiya liderləri arasında bu gün Soçi şəhərində keçiriləcək görüşün əsas gündəmi ola bilər".

Bunu Ordum.az-a Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov bildirib.

“Azərbaycan ilə Rusiya 10 noyabr razılaşması çərçivəsində Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini tələb edir. Bu, Paşinyanın üzərinə götürdüyü öhdəlikdir. Bu gün hər hansı yeni razılaşma imzalanarsa, elə həmin öhdəliklərin həyata keçirilməsi demək olacaq”, - deyən keçmiş diplomatın fikrincə, Ermənistan Baş naziri böyük ehtimalla sözügedən öhdəlikləri yerinə yetirmək üçün əlavə vaxt istəyəcək.

“Paşinyan bir dəfə üçtərəfli görüş keçirməkdən boyun qaçıraraq ölkə ictimaiyyətinin gərgin vəziyyətdə olduğunu əsas gətirmişdi. Amma gördüyümüz kimi, üstündən iki həftə keçmiş görüş baş tutur”, - o vurğulayıb.




Facebook'da Paylaş