Haitidə prezidentə sui-qəsddə şübhəli bilinənlərdən biri vəfat edib

18-11-2021, 08:45

Haitidə prezidentə sui-qəsddə şübhəli bilinənlərdən biri vəfat edib

Haiti Prezidenti Jovenel Moizə sui-qəsdi təşkil etməkdə şübhəli bilinərək həbs edilən polis əməkdaşlarından biri həbsxana xəstəxanasında dünyasını dəyişib.

Ordum.az
xəbər verir ki, bu barədə EFE agentliyi respublika polisindəki mənbələrə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, ölümün səbəbi "müəyyən edilməmiş xəstəlik" olub.

“Reuters” isə öz növbəsində xəbər verib ki, 52 yaşlı polis ürək tutmasından vəfat edib və son iki həftə ərzində koronavirus infeksiyası əlamətləri ilə xəstəxanada olub.

İyulun 7-də Moiz dövlət başçısının iqamətgahına hücum zamanı ölümcül yaralanıb, həyat yoldaşı da güllə yarası alıb. Prezident bir neçə gün sonra dünyasını dəyişib.

Ölkə hakimiyyəti daha sonra bildirib ki, cinayətkar qruplaşmaya Kolumbiyanın 26 vətəndaşı daxildir, onlardan bəziləri artıq həbs edilib. Qətl işi üzrə ümumilikdə 40-dan çox adam saxlanılıb. Moiz iyulun 23-də respublikanın şimalındakı Kap-Haitien şəhərində dəfn olunub.




Facebook'da Paylaş